YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Herbert Vinter: Azərbaycanda bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradılmasını yüksək qiymətləndirirəm

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycanda yəhudi icmasının əsrlər boyu müxtəlif dini konfessiyaların nümayəndələri ilə dinc yanaşı yaşadığını qeyd edərək, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu diqqətə çatdırıb. Azərbaycanın İsveçrə, eləcə də İsrail ilə yaxın dostluq münasibətlərinə malik olduğunu deyən nazir bu münasibətlərin daha da inkişaf etdirilməsinə İsveçrə yəhudi icmasının da öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Herbert Vinter Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu bildirib, ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradılmasını yüksək qiymətləndirib. Azərbaycanda şahidi olduğu multikulturalizm və tolerantlıq ənənələrini, yəhudi icmasına göstərilən yüksək qayğı və diqqəti xüsusi vurğulayan qonaq bunun bütün dünya üçün nümunə ola biləcəyini diqqətə çatdırıb.

Görüşdə dinlərarası münasibətlər, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.