YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubadlı seçiciləri Konstitusiyaya əlavə və dəyişiklikləri dəstəkləyir

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə bağlı "Yeni Azərbaycan" təşviqat qrupunun Qubadlı rayon şöbəsi bu rayondan olan  seçicilərlə görüş keçirib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının və «Yeni Azərbaycan» təşviqat qrupu Qubadlı rayon şöbəsinin sədri Allahverdi Haxverdiyev referenduma çıxarılan əlavə və dəyişikliklər layihəsi ilə bağlı məlumat verib.

 Onun sözlərinə görə, layihədə göstərilən əlavə və dəyişikliklər Azərbaycanın inkişafının, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, qüdrətlənməsinə xidmət edir. Azərbaycan Konstitusiyasının 1995-ci ildə Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlandığını diqqətə çatdıran A.Haxverdiyev zaman keçdikcə, Azərbaycan iqtisadi-siyasi cəhətdən inkişaf etdikcə Konstitusiyada müəyyən dəyişikliklər olunmasına zərurət yarandığını bildirib.

Görüşdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili İmamverdi İsmayılov da qubadlıların hər zaman dövlətə, Heydər Əliyev siyasi kursuna sədaqətindən bəhs açıb. Millət vəkili əmin olduğunu bidirib ki, bütün seçkilərdə olduğu kimi referendumda da ən yüksək seçici aktivliyi nümayiş etdiriləcək və bütün xalıqımz kimi qubadlılar da təklif olunan layihənin lehinə səs verəcək: "Son illərdə Azərbaycanda həyata keçirilən islahatlar, aparılan işlər onu deməyə əsas verir ki, ölkəmiz bu gün regionun əsas dövlətinə çevrilib. Məhz bu inkişaf tələb edir ki, Azərbaycan öz hüquqi sənədlərində də müəyyən modernləşməyə imza atsın. Azərbaycan Konstitusiyası insan hüquqlarının qorunması baxımından olduqca mükəmməl bir sənəddir, amma təklif edilən əlavə və dəyişikliklər bu hüquqların daha da artmasını təmin edir. Təklif olunan əlavə və dəyişikliklər Azərbaycanın gələcək inkişafına dəstək sayıla bilər. Mən Qubadlı seçiciləri ilə hər zaman təmasda oluram. Bilirəm ki, bu insanlar dövlətə, dövlətçiliyə sədaqətli, bağlı insanlardır. Əminəm ki, sentyabrın 26-da Qubadlı rayon seçiciləri bir nəfər kimi referenduma gedəcək və ölkəmizin işıqlı gələcəyini özündə ehtiva edən bu əlavə və dəyişikliklərin lehinə səs verəcək".

Tədbirdə çıxış edən Qubadlı seçiciləri Konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri dəstəklədiklərini bildiriblər.