Xəbərlər
«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun vəkili: Konstitusiyaya təklif olunan dəyişikliklər ölkəmizin gücünə əlavə güc qatmaqla dovlətçiliyimizə böyük töhfələr vərəcək

«Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi vəcəmiyyətin ehtiyacı kimi dəyərləndirmək lazımdır. Bu mənada 26 sentyabrda keçiriləcək referendumun ictimaiyyət tərəfindən geniş müzakirə olunması da məhz bu zərurəti bir daha sübut edir». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, ictimaiyyət arasında referendumun keçirilməsi ilə bağlı böyük əhfal-ruhiyyə və fəallıq vardır. Onun fikrincə, bunun da çox ciddi əsasları var.
«Təkcə yetər ki, son 5 ildə ölkəmizdə həyata keçirilən möhtəşəm layihələr və proqramlar, dövlət idarəçiliyinin bütün sahələrində, xüsusilə də, hökumətin şəffaf fəaliyyəti üçün həyata keçirilən islahatlar, xarici siyasətimizdə əldə edilən uğurlar, demokratiya, insan haqları və azadlıqları sahəsində əldə edilən uğurlar məhz bu dəyişikliklərin Əsas Qanunumuzda təsbit olunmasını zəruri etdi. Referenduma təklif olunan hər bir təklif və dəyişilik ölkəmizin gücünə əlavə güc qatmaqla dovlətçiliyimizə böyük töhfələr vərəcəkdir. Bu mənada Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 26 sentyabr 2016-cı il tarixində keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsi çox vacibdir. Çünki bu dəyişikliklərə səs verməklə biz müstəqilliyimizə və dövlətçiliyimizə, onların daha möhkəmlənməsinə, xalqın rifahının artırılmasına bir daha səs vermiş oluruq»- deyə, M.İbrahimqızı vurğulayıb.