YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyan Tarix-Diyarşünaslıq Muzeyi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Salyan rayonuna səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi və muzeydə yaradılmış şəraitlə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verildi ki, bina 1981-ci ildə inşa edilib və 2016-cı ilin may-avqust aylarında əsaslı təmir olunaraq yenidən qurulub. Binanın tikintialtı sahəsi 620 kvadratmetr, ümumi sahəsi isə 1240 kvadratmetrdir. İki mərtəbədən ibarət binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bu mərtəbədə, həmçinin fond otağı və digər yardımçı otaqlar yerləşir. İkinci mərtəbə əsasən ekspozisiya zallarından ibarətdir.

Diqqətə çatdırılıb ki, muzeydə 12 mindən çox eksponat mövcuddur və onlardan 800-ü ekspozisiya zallarında nümayiş etdirilir.

Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirdi.