YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Salyan rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvar rayonuna səfərini başa çatdıraraq Salyan rayonuna gəlib.

Dövlətimizin başçısı əvvəlcə Ulu Öndərin şəhərin mərkəzindəki Heydər Əliyev parkında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov Prezident İlham Əliyevə Ulu Öndərin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, parkın daim yenilənməsi və burada gözəl şəraitin yaradılması bu məkanı sakinlərin və şəhərin qonaqlarının ən sevimli istirahət mərkəzinə çevirib.