YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamlılar "Yeni Azərbaycan" təşviqat qrupunun təbliğat kampaniyasında fəallıq göstərirlər

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Ağdam rayon şöbəsi təşviqat kampaniyasına uğurla start verib. Bu barədə "Yeni Azərbaycan" təşviqat qrupunun Ağdam rayon şöbəsindən məlumat verilib.

Məlumatda deyilir  ki, "Yeni Azərbaycan" təşviqat qrupunun Ağdam rayon şöbəsinin gənclərdən ibarət fəalları bu gün səhər saatlarından etibarən rayon üzrə seçici məntəqələrində yerləşən xüsusi təşviqat lövhələrinə "Yeni Azərbaycan" təşviqat qrupunun şüarlarını yerləşdiriblər. O da qeyd edilib ki, Ağdam rayonu üzrə 4 seçki dairəsində 129 seçki məntəqəsi, o cümlədən  97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsi üzrə 25, 118 saylı Ağdam şəhər Seçki Dairəsi üzrə 46, 119 saylı Ağdam kənd Seçki Dairəsi üzrə 42 və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsi üzrə 16 seçki məntəqəsi var. Ölkənin hər yerində olduğu kimi ağdamlılar da təbliğat kampaniyasında fəallıq göstərirlər.

 

DİGƏR Xəbərlər Arxiv