YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada “Yeni Azərbaycan” təşviqat qrupu təşviqat kampaniyasının ilk mərhələsini uğurla başa çatdırdı

Sentyabrın 26-na təyin olunan referendum seçkiləri ilə əlaqədar olaraq Astara rayonunda təşviqat mərhələsinə uğurla start verilib. Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının məlumatına əsasən bu gün səhərin ilk saatlarından başlayaraq “Yeni Azərbaycan” təbliğat-təşviqat qurupunun üzvləri rayon ərazisindəki bütün dairə və məntəqələrdə ayrılan lövhələrə təşviqat materiallarını yapışdırıblar. Onlara bu işdə könüllü olaraq yerli sakinlər də köməklik edib. Yağan güclü yağışa baxmayaraq “Yeni Azərbaycan” öz işini qısa zaman ərzində və uğurla başa vurub.