YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan nümayəndə heyəti Prezident İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün Özbəkistanda səfərdədir

Sentyabrın 3-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti Özbəkistan Prezidenti İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib.

Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, parlamentin komitə sədri Eldar İbrahimov, deputat Hüseynbala Mirələmov və digər rəsmi şəxslər daxildir.