YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboy rayonunda "Yeni Azərbaycan" təşviqat qrupu referendumun təbliğat-təşviqat mərhələsinə start verib

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Goranboy rayon şöbəsi tərəfindən təbliğat-təşviqat prosesinə start verilib. Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının sədri, "Yeni Azərbaycan" təşviqat qrupunun Goranboy rayon şöbəsinin rəhbəri Elçin İsmayılov deyib ki, plakatlar ayrılmış yerlərdə yapışdırılıb. Onun sözlərinə görə, rayonun bütün seçki məntəqələrinin ərazilərini əhatə edən bu prosesə rayon təşkilatının gənc fəalları cəlb edilib. Bildirilib ki, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsi üzrə 40, 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsi üzrə isə 28 seçki məntəqəsi fəaliyyət göstərir.