YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Səbail rayon şöbəsi təşviqat materiallarının yayımını xüsusi ab-havada yayırlar

Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendum ilə əlaqədar sentyabrın 3-də  "Yeni Azərbaycan" təşviqat qrupunun Səbail rayon şöbəsində Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasına start verilib.

Saat 08:00-dan başlayaraq YAP Səbail rayon təşkilatının fəallarından təşkil olunmuş komanda referendumla bağlı təşviqat materiallarını 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə ümumilikdə 40 seçki məntəqəsinin ərazisində quraşdırılmış təşviqat lövhələrinə vurmağa başlayıblar. Plakatların yapışdırılması qısa müddətdə uğurla sona çatdırılıb.

Tərtib olunmuş qrafikə uyğun olaraq 5 sentyabr tarixindən başlayaraq rayon seçiciləri ilə görüşlər keçiriləcəkdir.