YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçala sakinləri: Referendumun keçirilməsi zamanın tələbidir

Bu gündən başlayaraq bütün rayonlarda olduğu kimi, Neftçala rayonunda da Konistitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsi üçün təbliğat-təşviqat mərhələsinə start verilib. Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatından verilən məlumata görə, artıq bununla bağlı səhərin ilk saatlarından başlayaraq “Yeni Azərbaycan” təbliğat qurupu Neftçala rayonunda və kəndlərdə ayrılmış lövhələrə təbliğat xarakterli materialları yapışdırmağa başlayıblar. Referenduma çağırışla bağlı təbliğat-təşviqat materiallarının lövhələrə yapışdırılmasında kənd və rayon sakinləri də fəallıq göstərib. Sakinlər həmçinin bildirib ki, referendumun keçirilməsi zamanın, inkişafın tələbidir. Bu səbəbdən də onlar seçkilərdə bir nəfər kimi iştirak edəcəklərini və müsbət səs verəcəklərini bildiriblər.