Xəbərlər
"Yeni Azərbaycan" təşviqat qrupunun Abşeron rayon şöbəsi təbliğat-təşviqat kampaniyasına start verib

Bu gün Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə bağlı "Yeni Azərbaycan" təşviqat qrupunun Abşeron rayon şöbəsi təbliğat-təşviqat kampaniyasına start verib.
Abşeron rayonu ərazisində fəaliyyət göstərən 45 saylı Abşeron və 50 saylı Abşeron-Qobustan Dairə Seçki komissiyalarının 57 məntəqəsinin hər birinə lövhənin hər iki üzünə "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun təbliğat materiallarının yapışdırılmasına başlanılıb.
Təbliğat materiallarının yapışdırılması hər qrupda 3 nəfər olmaqla 5 qrup tərəfindən həyata keçirilib.