YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupu "Həmrəy olaq, HƏ deyək" şüarı ilə təbliğat kampaniyası Tərtər rayonunda xüsusi fəallıqla həyata keçirilir

Bu gün referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu "Həmrəy olaq, HƏ deyək" şüarı ilə təbliğat kampaniyasına start verib. Ölkənin hər yerində olduğu kimi, Tərtər rayonunda da bu proses xüsusi fəallıqla həyata keçirilir.

Bu barədə məlumat verən "Yeni Azərbaycan" təşviqat qrupunun Tərtər rayon şöbəsinin rəhbəri, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov bildirib ki, gecə saatlarından başlayaraq plakatlar xüsusi ayrılmış yerlərdə yapışdırılıb. YAP Tərtər rayon təşkilatının gənc partiya fəallarının yaxından iştirak etdiyi bu işlər rayonun bütün seçki məntəqələrinin ərazilərini əhatə edir.

Onun sözlərinə görə, rayon üzrə 95 saylı Tərtər və 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki dairələri mövcuddur. Ümumilikdə 95 saylı Seçki Dairəsində 38, 97 saylı Seçki Dairəsində isə 3 seçki məntəqəsi var: "Əminik ki, Azərbaycan vətəndaşları, o cümlədən tərtərlilər Konstitusiyaya təklif eilən əlavə və dəyişiklikləri dəstəkləyəcəklər".