YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupunun Tovuz rayon şöbəsinin fəalları da müvafiq lövhələrdə təbliğat plakatlarını asıblar

Sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı ümumxalq səsverməsi – referendumla əlaqədar təşviqat kampaniyasına Tovuz rayonunda da uğurla start verilib. Belə ki, "Yeni Azərbaycan" təşviqat qrupunun Tovuz rayon şöbəsində yaradılmış operativ qrup və Yeni Azərbaycan Partiyasının gənc fəalları müvafiq dairə seçki komissiyalarının əhatə etdiyi bütün seçki məntəqələrinin ərazilərində yerləşdirilmiş lövhələrdə təbliğat plakatlarını asıblar.

YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramovun sözlərinə görə, rayon təşkilatı bu günə qədər partiyanın İcra Katibliyi tərəfindən verilmiş tapşırıq və tövsiyələri müvəffəqiyyətlə yerinə yetirib və qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün uğurlu fəaliyyət göstərib. O deyib ki, "Yeni Azərbaycan" təşviqat qrupunun Tovuz rayon şöbəsi təbliğat kampaniyasını da müvəffəqiyyətlə başa vurmaq əzmindədir və bütün gücünü bu istiqamətdə səfərbər edib. M.Bayramov Tovuz rayon seçicilərinin bu prosesdə fəal iştirak edəcəklərinə və Azərbaycanın daha da inkişafı, ölkəmizdə insan hüquqlarının müdafiəsinin gücləndirilməsi və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi üçün Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyəcəklərinə əminliyini bildirib.

 

DİGƏR Xəbərlər Arxiv