YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupunun Samux rayon şöbəsi təbliğat-təşviqat işlərinə start verib

Bu gün referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Samux rayon şöbəsi tərəfindən təbliğat-təşviqat prosesinə start verilib. Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri, "Yeni Azərbaycan" təşviqat qrupunun Samux rayon şöbəsinin rəhbəri Gündüz Bayramov bildirib ki, plakatlar xüsusi nəzərdə tutulmuş yerlərdə yapışdırılıb. G.Bayramov əlavə edib ki, YAP Samux rayon təşkilatının gənc fəallarının aktiv iştirak etdiyi bu proses rayonun bütün seçki məntəqələrinin ərazilərini əhatə edir. Təşkilat sədri diqqətə çatdırıb ki, 102 saylı Samux-Şəmkir Seçki Dairəsi üzrə 51 seçki məntəqəsi fəaliyyət göstərir. Bunlardan 44-ü Samux rayonunun, 7-si isə Şəmkir rayonunun ərazisində yerləşir.

 

DİGƏR Xəbərlər Arxiv