YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupunun Qubadlı rayonu üzrə təşviqat şöbəsi təbliğat kampaniyasına start verib

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə bağlı  "Yeni Azərbaycan" təşviqat qrupunun Qubadlı rayon şöbəsi təbliğat-təşviqat kampaniyasına start verib. Bu barədə məlumat verən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının və "Yeni Azərbaycan" təşviqat qrupunun Qubadlı rayon şöbəsinin sədri Allahverdi Haxverdiyev bildirib ki, Sumqayıt şəhərində və ölkəmizin digər bölgələrində məskunlaşmış Qubadlı rayonu seçicilərini əhatə edən bütün seçki məntəqələrində ayrılmış xüsusi lövhələrə "Yeni Azərbaycan" təşviqat qrupunun təbliğat materialları və plakatlar yapışdırılıb.

A.Haxverdiyev bildirib ki, Qubadlı rayonunun inzibati ərazisi üzrə 2 Seçki Dairəsi fəaliyyət göstərir. 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi üzrə 2, 125 saylı Seçki Dairəsi üzrə isə 26 seçki məntəqəsi mövcuddur. 

DİGƏR Xəbərlər Arxiv