YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Milli-intellektual potensialın gücləndirilməsinə xüsusi diqqət yetirilir

«Azərbaycanda  təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir. Məhz bunun nəticəsində də təhsilin keyfiyyətinin artırılması, həmçinin bu yöndə layihələrin həyata keçirilməsi birbaşa cəmiyyətimizin elmi səviyyəsinin inkişafını özündə ehtiva edir». Bu fikirləri Milli Məclisin Mədəniyət komitəsinin sədr müavini  Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar siyasəti nəticəsində ölkənin imkanları artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialın gücləndirilməsinə yönəldir. Onun sözlərinə görə, bunun nəticəsidir ki, Azərbaycanda minlərlə məktəb inşa olunub, təmir edilib, azərbaycanlı gənclər təhsil almaq üçün xarici ölkələrə göndərilib.

«Həmçinin, Azərbaycanın sürətli inkişafı, ölkəmizin ictimai həyatının bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi - dövlət gənclər siyasətinin əsasını təşkil edir»- deyə, J.Əliyeva vurğulayıb.