YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqa təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqa bu ölkənin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan-Vyetnam əlaqələrinin hazırkı dinamik inkişafı məmnunluq doğurur. Əminəm ki, tarixən xoş ənənələrə əsaslanan dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə və ölkələrimizin rifahına xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.”

 

 

DİGƏR Xəbərlər Arxiv