YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB ekspertləri hərbi təyinatlı peyk rabitə sistemlərindən istifadə olunması məsələlərini müzakirə edəcəklər

Sentyabrın 6-7-də Belarus paytaxtında, MDB-nin İcraiyyə Komitəsində Hərbi təyinatlı peyk rabitə sistemlərindən istifadə olunması və onların daha da təkmilləşdirilməsi barədə Saziş layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək. Bu barədə Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.

Sənəddə qeyd edilir ki, hərbi təyinatlı peyk rabitə sistemlərindən istifadə olunması və onların daha da təkmilləşdirilməsi silahlı qüvvələrin idarə edilməsinin etibarlılığının artırılması və onların qarşılıqlı fəaliyyətinin təşkili məqsədilə həyata keçiriləcək.

Bu məqsədlə MDB iştirakçısı olan dövlətlərin hərbi təyinatlı peyk rabitə sisteminin milli seqmentləri əsasında inteqrasiya edilmiş sistem yaradılması planlaşdırılır. Belə bir sistemin yaradılmasına yanaşmaların vahidliyini təmin etmək üçün RF Müdafiə Nazirliyi bu sistemin texniki xarakteristikalarına dair tələblərin işlənib hazırlanması üzrə baş təşkilat kimi Sazişin iştirakçısı olan dövlətlərin müdafiə nazirliklərinə hərbi təyinatlı peyk rabitəsinin milli seqmentlərinin xarakteristikalarının birgəliyini təmin edən layihə və istismar sənədlərinin hazırlanması məsələlərində kömək edəcək.

Tərəflər hərbi təyinatlı kosmik komplekslərin və peyk rabitə sistemlərinin, habelə onların elementlərinin təkmilləşdirilməsinə yönəlmiş elmi-tədqiqat və təcrübi-konstruktor işlərini formalaşmış kooperasiya üzrə elmi-tədqiqat təşkilatlarında və sənaye müəssisələrində həyata keçirməyi planlaşdırırlar. Sazişin reallaşması üzrə fəaliyyətin əlaqələndirilməsini MDB üzvü olan dövlətlərin Müdafiə Nazirləri Şurasına həvalə etmək planlaşdırılır.

Sazişin layihəsi ekspertlər səviyyəsində razılaşdırılandan sonra sənəd Birliyin Hökumət Başçıları Şurasının müzakirəsinə təqdim ediləcək.

 

DİGƏR Xəbərlər Arxiv