YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan parlament nümayəndə heyəti Polşada səfərdədir

Xəbər verildiyi kimi, avqustun 30-31-də Polşa Respublikasının paytaxtı Varşava şəhərində Mərkəzi və Şərqi Avropanın 12 ölkəsinin parlament rəhbərlərinin görüşü keçirilib. Görüşdə ölkəmizi Milli Məclis sədrinin müavini Valeh Ələsgərov təmsil edib.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Avropa İttifaqının dirçəlişi, Mərkəzi və Şərqi Avropada regional əməkdaşlıq, bölgə ölkələri arasında çoxtərəfli əlaqələrin inkişafına milli parlamentlərin töhfəsi mövzularında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Valeh Ələsgərov çıxışında ölkəmizin müstəqillik tarixi, uğurlu inkişaf yolu, multikultural dəyərlər və tolerantlıq mühiti barədə danışıb.

Avropa ölkələri ilə sıx ikitərəfli münasibətlərdən söz açan vitse-spiker Azərbaycanın enerji siyasəti və bu siyasətin Avropanın enerji təhlükəsizliyində oynadığı roldan bəhs edib. O, Azərbaycanın Gürcüstan, Türkiyə, Monteneqro, Çexiya, Ukrayna, Serbiya və başqa ölkələrdə infrastruktur, enerji, turizm sahələrində müxtəlif layihələr həyata kecirməsindən, investisiya yatırımlarından danışıb. Xüsusilə qeyd edilib ki, rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünü tanıyan və onu bərabərhüquqlu tərəfdaş kimi qəbul edən hər bir ölkə ilə əməkdaşlığa hazırdır.

Valeh Ələsgərov çıxışında Azərbaycanın və regionun inkişafına böyük maneçilik törədən mövcud təhdidlər barədə də danışıb. Bildirilib ki, Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub, etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə insan öz doğma yurd-yuvalarından didərgin düşüb, ölkə ərazisinin 20 faizi zəbt edilib. O, Ermənistanın bu işğalçılıq siyasətini regional inkişafa əsas təhlükə kimi dəyərləndirib.

Səfər çərçivəsində Azərbaycan Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Polşa Seyminin sədr müavini Ryszard Terlecki ilə görüşüb.

Söhbət zamanı vitse-spiker Varşavada belə bir tədbirin təşkili və dəvətə görə Polşa tərəfinə öz təşəkkürünü bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın və parlamentlərarası əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, bölgədə cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb.

Keçirilən tədbirlərdə ölkəmizin Polşa Respublikasındakı səfiri Həsən Həsənov iştirak edib.

 

DİGƏR Xəbərlər Arxiv