YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Beynəlxalq birlik münaqişənin ədalətli həlli istqamətində səylərini gücləndirməlidir

«Hazırda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı proseslər Azərbaycanın xeyrinədir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycan hazırda  Ermənistanı həm iqtisadi blokadada, həm də hərbi və siyasi gücünün təzyiqi altında saxlayır. Onun sözlərinə görə, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

«Buna görə də, beynəlxalq birlik münaqişənin ədalətli həlli istqamətində səylərini gücləndirməlidir. ATƏT-in Minsk qrupu artıq anlayır ki, Azərbaycan kimi güclü dövləti torpaqlarını işğal altında saxlamaq olmaz. Bu reallığı Ermənistanda siyasi qərarları verənlərlə bərabər, sadə erməni vətəndaşlar da başa düşürlər. Lakin buna baxmayaraq, Ermənistandakı cinayətkar rejim problemin həllini maksimum şəkildə yubatmağa çalışır. Ümid edirlər ki, gələcəkdə onların xeyrinə olacaq hər hansı yeni şərtlər formalaşacaq. Ancaq zaman Azərbaycanın xeyrinə işləyir. Azərbaycan dövləti və xalqı işğal faktı ilə heç zaman barışmayacaq»- deyə, E.Məmmədov vurğulayıb.