YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səudiyyə Ərəbistanı bazardakı neft hasilatı tutumunu artırmayacaq

Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı bazardakı neft istehsalı tutumunu artırmayacaq və bazarı böyük həcmdə neft ilə qarşı-qarşıya qoymayacaq.

Bu barədə Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih “Al-Arabiya” telekanalına müsahibəsində deyib. Nazir Səudiyyə Ərəbistanının ucuzlaşan neft qiymətlərinə və yavaşlayan iqtisadiyyata qarşı qlobal tələbə bağlı bir narahatlıq yaratmadığını deyib. Ölkə gündəlik 12,5 milyon barrel neft hasil edə bilər.

Qeyd edək ki, OPEC-ə üzv və digər böyük neft istehsalçısı ölkələrin nümayəndələrinin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində danışıqlar aparması gözlənilir. Danışıqlarda neftin hasilat miqdarının “dondurulması”nın əsas müzakirə mövzusu olacağı bildirilir.