YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan dünya xəritəsində etibarlı tərəfdaş, hörmətə layiq olan ölkə kimi tanınır

Prezident İlham Əliyev sentyabrın 1-də Bakı dərin özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində kollektiv ilə görüşundə qeyd etmişdir ki, əgər 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin kontraktı” imzalanmasaydı, bu gün təsəvvür etmək mümkün deyil ki, Azərbaycan hansı vəziyyətdə ola bilərdi. Ölkəmizdə görülən quruculuq-abadlıq işlərinin, dayanıqlı iqtisadiyyatımızın, böyük valyuta ehtiyatlarımızın əsas mənbəyi “Əsrin kontraktı”dır. Yaxşı bilirsiniz ki, Azərbaycan o ağır, çətin dövrdə müəyyən təzyiqlərlə də üzləşmişdi. Heydər Əliyevin qətiyyəti, cəsarəti, uzaqgörənliyi, xalqa olan bağlılığı “Əsrin kontraktı”nın imzalanmasını təmin etmişdir. Mən də fəxr edirəm ki, o vaxt - 1994-cü ildə kontraktın imzalanmasına qədər aparılan danışıqlarda iştirak etmişdim. Ondan sonra Dövlət Neft Şirkətində çalışarkən bilavasitə bu məsələlərlə məşğul olmuşam. Bu gün də Prezident kimi bütün işləri nəzarətdə saxlayıram və Azərbaycanın enerji siyasətinin gələcək inkişafı üçün lazımi addımları atıram.

“Bu gün Azərbaycan dünya xəritəsində etibarlı tərəfdaş, hörmətə layiq olan ölkə kimi tanınır. Biz bütün öhdəlikləri yerinə yetiririk, xarici sərmayədarlar üçün yaxşı şərait yaratmışıq. Onların sərmayələri qanun çərçivəsində qorunur. Əgər bu, olmasaydı, heç kim Azərbaycana milyardlarla, on milyardlarla dollar sərmayə qoymazdı. Sərmayə qoyuluşu üçün Azərbaycan çox cəlbedici ölkədir. Şadam ki, indi nəinki neft-qaz sektoruna, digər sektorlara da yerli, xarici sərmayələr qoyulur. Bütün bu işlərin təməli 1994-cü il sentyabrın 20-də qoyulmuşdur. 1996-cı ildə “Şahdəniz” layihəsi üzrə sazişin imzalanması növbəti uğurlu addım idi. Baxmayaraq ki o vaxt dünyada və xüsusilə Avropada enerji təhlükəsizliyi haqqında heç kim danışmırdı, qaz layihələri o qədər də böyük əhəmiyyət daşımırdı. Hesab olunurdu ki, qaz layihələri o qədər də böyük gəlir gətirən layihələr deyil, müəyyən tərəddüdlər var idi. Ancaq biz əmin idik ki, Azərbaycan qaz sektorunda da öz sözünü deyəcək.”-deyə,  Prezident İlham Əliyev bildirmişdir.