YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Şəhidlər xiyabanını ziyarət edib

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili avqustun 31-də Azərbaycana səfəri çərçivəsində Şəhidlər xiyabanını ziyarət edib.

Baş nazir Giorgi Kvirikaşvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb.

Gürcüstanın Baş naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Baş nazir Giorgi Kvirikaşviliyə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.