Xəbərlər
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili avqustun 31-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə gül dəstələri düzülüb.