YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyada zəlzələ nəticəsində həlak olanların xatirəsi bu ölkənin Azərbaycandakı səfirliyində anılıb

İtaliyada zəlzələ nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar avqustun 30-da bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun, ictimaiyyətin nümayəndələri səfirliyə gələrək İtaliya xalqına başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıblar.

Xatırladaq ki, avqustun 24-də gecə İtaliyanın mərkəzində altı bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 300-ə yaxın insan həlak olub.