YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Abbasov: Azərbaycan enerji resurslarının nəqli üçün tranzit imkanlarında müstəsna əhəmiyyətə malikdir

«Dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasının yaratdığı reallıqlara baxmayaraq, Azərbaycan bütün ölkələrlə güclü tərəfdaşlıq münasibətlərinə sadiqliyini qoruyub saxlayır. Və “Cənub Qaz Dəhlizi” kimi nəhəng transmilli layihələrin icrasını davam etdirir». Bu fikirləri energetika nazirinin müavini Natiq Abbasov deyib.

N.Abbasov bildirib ki, Avropa ilə Asiyanın kəsişməsində xüsusi coğrafi mövqe üstünlüklərinə malik Azərbaycan enerji resurslarının nəqli üçün tranzit imkanlarında müstəsna əhəmiyyətə malikdir. Onun sözlərinə görə, uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” təkcə maliyyə deyil, həm də texniki cəhətdən çox mürəkkəb layihə olmaqla ilkin gücünün artırılması üçün yeni kompressor stansiyaları və boruların quraşdırılması ilə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz boru kəmərlərinin (TAP) həyata keçirilməsi istiqamətində işlər uğurla davam etdirilir.

«“Cənub Qaz Dəhlizi” Avropada ən iri infrastruktur və enerji layihələrindən biridir və bu layihə enerji təhlükəsizliyi layihəsi olmaqla, uzun illər ərzində hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək. Enerji təhlükəsizliyi indi ölkələrin milli təhlükəsizliyinin ən mühüm elementlərindən biridir. “Cənub Qaz Dəhlizi” nəinki marşrutların, o cümlədən mənbələrin şaxələndirilməsi baxımından olduqca mühüm layihədir. Xəzər regionundan Avropaya qaz təchizatı marşrutlarının şaxələndirilməsinin enerji təhlükəsizliyini şərtləndirən faktorlardan biri olan “Cənub Qaz Dəhlizi” də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin yeni səhifəsini açıb»- deyə, nazir müavini vurğulayıb.