YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Azərbaycanın tarixi coğrafiyası həmişə multikulturalizmin bütün dünyada əsas vətənlərindən biri olub

«Azərbaycan xalqı yüz illər boyu multikultural bir xalq kimi formalaşıb». Bu fikri Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki,  Azərbaycanın tarixi coğrafiyası həmişə multikulturalizmin bütün dünyada əsas vətənlərindən biri olub. Onun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyev tarixi ənənələrə istinad edərək multikulturalizmi Azərbaycan dövlətinin siyasəti səviyyəsinə yüksəltməklə həmin siyasətin geniş perspektivlərini, potensial imkanlarını da müəyyənləşdirib.

«Eyni zamanda, beynəlxalq aləmdə get-gedə iqtisadi, ictimai-siyasi və mədəni nüfuzu güclənən Azərbaycanın əsas müəlliflərindən biri olduğu multikulturalizm siyasətini və ideologiyasını müasir dünyaya daha geniş miqyasda çatdırmasına böyük ehtiyac vardır. Multikulturalizmin Azərbaycan təcrübəsi sübut edir ki, müxtəlif mənşəli etnoslar eyni, yaxud oxşar etnoqrafik məkan yaratmaq  imkanlarına malikdirlər, öz dillərinin ünsiyyət sferasını qorumaq şərtilə regionda daha geniş yayılmış Azərbaycan dilindən ümumi ünsiyyət vasitəsi kimi rahat istifadə edirlər, hər bir din təmsilçisi digər dinlərə mənsub olan azlıqlara tamamilə dözümlü yanaşır və eyni sosial-siyasi münasibətlərin subyekti olmaqla Azərbaycan Respublikasının vətəndaşıdırlar. Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu siyasətində yerli etnoqrafik mühitlərin qorunması və inkişaf etdirilməsi həmişə  əsas olub. Bu gün isə yeni tarixi imkanlar şəraitində bu siyasət daha yüksək texnologiyalar səviyyəsində davam etdirilməkdədir»- deyə, N.Cəfərov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv