YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycanda vergi toplama sistemi maliyyə effektivliyinə görə dünyadakı ən effektiv toplama sisteminə çox yaxındır

«Azərbaycanın rəqəmsal  ticarətindəki elektron xidmətlərin inkişafı Ümum Daxili Məhsulun  2 faizi həcmində iqtisadi qənaətə səbəb ola bilir». Bu fikri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, Azərbaycanda vergi toplama sistemi maliyyə effektivliyinə görə dünyadakı ən effektiv toplama sisteminə çox yaxındır. Onun sözlərinə görə, Azərbaycanda 2015-ci il üzrə büdcə rəqəmlərini təhlil etdikdə vergilərin yığılmasının effektivlik əmsalı 0.46 dır.

«Yəni, hər 100 manat vəsaitin toplanması üçün büdcədən 0.46 manat xərclənir. Bu o deməkdir ki, Azərbaycanda olan vergi toplama sistemi maliyyə effektivliyinə görə Estoniyaya, yəni, dünyadakı ən effektiv vergi yığılma sisteminə çox yaxındır. Müqayisə üçün deyək ki, vergi yığılmanın effektivlik əmsalı Türkiyədə 0.7, İtaliyada 1.0, Fransada 1.3, Almaniyada 1.4, Slovakiyada isə 3.0 dır. Bütün bunlarla yanaşı, ölkələr bu effektivlik əmsalını daim yaxşılaşdırmaq yollarını axtarır. Təkmilləşdirmə yollarından ən əsaslarından biri elektron xidmətlərin inkişafı sayılır. Avropa Birliyi Komissiyalarının hesablamalarına görə Elektron Xidmətlər və Elektron Sənəd Dövriyyəsinin  tam tətbiqi Avropa Birliyi ölkələrinin iqtisadiyyatlarında ÜDM-in 2 faizi həcmində qənaətə səbəb olacaq. Bu beynəlxalq təcrübəni ölkəmizdə də tətbiq etsək, elektron xidmətlərin inkişafı Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək»- deyə, deputat qeyd edib.