YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycan şəhid ailələri, eləcə də müharibə əlillərinə göstərdiyi qayğıya görə dünya ölkələrinə bir nümunədir

«Dövlətimiz tərəfindən hərbçilərin və onların ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzindədir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə ordu quruculuğuna böyük diqqət yetirilir. Onun sözlərinə görə, Ali Baş Komandan daim əsgər və zabitlərimizin sosial vəziyyətlərinin yaxşılaşdırılmasını diqqətdə saxlayır.

«Bu gün Azərbaycan şəhid ailələri, eləcə də müharibə əlillərinə göstərdiyi qayğıya görə dünya ölkələrinə bir nümunədir. Dünyada çox az ölkə tapılar ki, müharibə iştirakçılarına, sağlamlığını itirmiş hərbi qulluqçulara, şəhid ailələrinə bizim ölkəmizdəki kimi qayğı göstərilsin, onlara mənzil və minik avtomobilləri hədiyyə olunsun. Yeni Azərbaycan Partiyasının aprel döyüşçüləri üçün istirahət təşkil etməsi də çox təqdirəlayiq haldır. YAP-ın belə bir addımı böyük şirkətlər, sahibkarlar üçün bir nümunə olmalıdır ki, onlar da qəhrəman əsgərlərimizə diqqət və qayğılarını əsirgəməsinlər»- deyə, komitə sədri vurğulayıb.