YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

R.Musabəyov: İşğalçı ilə işğala məruz qalanı bərabərləşdirmək doğru deyil

«ATƏT-in Minsk qrupu münaqişənin həlli prosesində   Azərbaycanla  Ermənistanı bərabər tutmamalıdır». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, həmsədrlər işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmalı olduğunu dərk edirlər. Onun sözlərinə görə, işğalçı ilə işğala məruz qalanı bərabərləşdirmək doğru deyil.

«Yenilənmiş Madrid prinsiplərində də var ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılmalıdır. Əgər Ermənistan münaqişənin mərhələli həlli prosesinə razılıq versə, onda proses irəli gedə bilər. Bunun üçün həmsədrlər əməli addımlar atmalıdırlar. Əks halda, işğalçı dövlət problemin həllini mümkün qədər uzatmağa çalışacaq»-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv