YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Ölkəmizdə demokratik cəmiyyət formalaşıb və bütün azadlıqlar təmin olunub

«Azərbaycan açıq cəmiyyətdir, dünyaya sürətlə inteqrasiya edir». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki,  ölkəmizdə demokratik cəmiyyət formalaşıb və bütün azadlıqlar təmin olunub. Onun sözlərinə görə, Azərbaycanda insan haqlarının təminatı ən yüksək səviyyədədir.

«Azərbaycanda hüququn, qanunların aliliyi tam təmin olunur və hər kəsi qanun qarşısında bərabərdir. Hüquqi dövlətdə məhz belə olmalıdır. Doğrudur, bəzən ölkəmiz haqqında müəyyən xarici dairələr mənfi rəy yaratmağa çalışırlar. Amma bütün bunlar Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin işidir. Onlar bu fəaliyyətinin heç bir əsası yoxdur»- deyə, R.Rzayev vurğulayıb.