YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Quliyev: Ölkədə taxılçılıq sahəsində inkişafa nail olunub

Bu il Azərbaycanda 2 milyon 820 min ton taxıl istehsal olunub. Bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

İ.Quliyev bildirib ki, bu, ötən illə müqayisədə 2 faiz çoxdur.

«Ötən ilə nisbətən bu il ölkədə taxılçılıq sahəsində inkişafa nail olunub. Eyni zamanda, bu il 1 milyon 844 min ton buğda istehsal edilib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 10 faiz çoxdur»- deyə, nazir müavini vurğulayıb.