YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TANAP ilə İran və İraq təbii qazının Azərbaycandan keçməklə nəqli məsələsi nəzərdən keçirilir

Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə İran və İraq təbii qazının Azərbaycan ərazisindən keçməklə nəqli məsələsi nəzərdən keçirilir.

Bu barədə Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov avqustun 29-da Bakıda keçirilən “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransındakı çıxışında deyib.

N.Abbasov qeyd edib ki, Azərbaycan TANAP-ın əsas təşəbbüskarıdır. İran qazının Azərbaycan ərazisi ilə nəql edilərək Türkiyədə TANAP-a qoşulması, oradan isə Avropaya nəqli imkanlarına baxılır.

“Azərbaycan və İran arasında İran təbii qazının, hətta İraq qazının Azərbaycan ərazisindən tranziti üçün mövcud infrastruktur var. İraq ilə İran arasında da belə infrastruktur mövcuddur. Bu infrastrukturla İraq qazı İrana, buradan isə Azərbaycan ərazisinə nəql oluna və Türkiyədə TANAP-a qoşulmaqla Avropaya nəql edilə bilər”, - deyə nazir müavini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv