YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AİB Transxəzər Nəqliyyat Dəhlizinin bir hissəsinin modernləşdirilməsi üçün Qazaxıstana vəsait ayıracaq

Asiya İnkişaf Bankı Qazaxıstan Respublikası ilə Şərqi Asiya bazarları, habelə Xəzər dənizi və Avropa regionları arasında ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə ölkənin nəqliyyat sisteminin modernləşdirilməsinə kömək üçün 240,3 milyon dollar kredit ayrılmasına razılıq verib.

Layihə çərçivəsinə ölkənin qərb hissəsində Aktobe-Makat yolunun təxminən 300 kilometri bərpa ediləcək və yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi və logistikanın effektivliyi üçün müasir nəqliyyat informasiya sistemi tətbiq ediləcək. Layihə nəticəsində Astana və Aktobe şəhərləri, böyük neft sənayesi və zəngin mineral ehtiyatları olan Atırau şəhəri, habelə ökənin yeganə beynəlxalq dəniz ticarəti limanı Aktau arasında nəqliyyat əlaqələri yaradılacaq.

AİB-in məlumatına görə, müvafiq yol Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsidir.