YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şahdəniz-1” üzrə indiyədək Gürcüstana 5,5 milyard kubmetr, Türkiyəyə isə 41 milyard kubmetr təbii qaz verilib

“Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz boru kəməri (CQBK) ilə indiyədək Gürcüstana 5,5 milyard kubmetr, həmçinin də Türkiyəyə 41 milyard kubmetr təbii qaz verilib.

Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə avqustun 29-da Bakıda keçirilən “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransındakı çıxışında deyib.

SOCAR-ın birinci vitse-prezidenti əlavə edib ki, hazırda bu boru kəməri ilə hər gün orta hesabla Gürcüstana 1,6 milyon kubmetr, Türkiyəyə isə 16,8 milyon kubmetr təbii qaz nəql edilir.