YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xoşbəxt Yusifzadə: 2016-2025-ci illərdə “Bulla-dəniz” yatağında 26 quyu qazılacaq

2016-2025-ci illərdə “Bulla-dəniz” yatağının işlənmə layihəsinə əsasən burada 5 yeni özülün quraşdırılması planlaşdırılır.

Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə avqustun 29-da Bakıda öz işinə başlayan “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransındakı çıxışında deyib.

X.Yusifzadə qeyd edib ki, həmin dövrdə yataqda ümumilikdə 26 quyunun qazılması nəzərdə tutulur.