Xəbərlər
“Petronas” “Qoşadaş” sahəsində kəşfiyyat və seysmik işləri həyata keçirəcək

Malayziyanın “Petronas” şirkəti “Şimali Abşeron” Azərbaycan neftli-qazlı rayonunun (ANQR) “Qoşadaş” sahəsində kəşfiyyat və seysmik işləri həyata keçirəcək.
Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə məlumat verib.
Akademik bildirib ki, əgər həmin işlər nəticə verərsə, təhqiqatlar genişləndiriləcək.