YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hazırda Azərbaycanda gündəlik 82-88 milyon kubmetr təbii qaz və 115-120 min ton neft hasil olunur

Hazırda Azərbaycanda gündəlik 82-88 milyon kubmetr təbii qaz və 115-120 min ton neft hasil edilir. Bu da dənizdə və quruda istismar edilən, eləcə də xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” , “Ümid” və digər yataqlardan əldə olunur.

Bu sözləri Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov avqustun 29-da Bakıda öz işinə başlayan “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransındakı çıxışında deyib. Bildirib ki, Azərbaycanın sübut edilən təbii qaz ehtiyatı 2,6 trilyon kubmetr, neft ehtiyatı isə 2 milyard ton təşkil edir.