YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Qazanılan nailiyyətlər Azərbaycan idmanını yeni zirvələrə daşıyacaq

«Qazanılan  nailiyyətlər Azərbaycan idmanını yeni zirvələrə daşıyacaq». Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev deyib.

Ü.Quliyev bildirib ki, Braziliyada Azərbaycan Olimpiya komandasının əldə etdiyi qələbə bütün Azərbaycan xalqını qürurlandırır. Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı Azərbaycanda idmanın hərtərəfli inkişafına təkan verib.

«Bu gün ölkəmizdə mühüm beynəlxalq idman yarışları keçirilir. Yaradılan yeni idman infrastrukturları yüksək səviyyədədir. Gənclərimizin idmana olan marağı, sevgisi və böyük səylə məşq etmələri Azərbaycan bayrağının Braziliyada 18 dəfə dalğalanması ilə nəticələndi. Bu anları izləmək çox fərəhli idi. Bütün bu uğurlar dövlət başçımız tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürüdür»- deyə, Ü.Quliyev qeyd edib.