YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniyanın enerji naziri Bakıda "Cənub Qaz Dəhlizi" layihəsi üzrə müzakirələr aparacaqdır

Böyük Britaniyanın enerji naziri Maykl Fellon (Michael Fallon) sabah Azərbaycana səfərə gələcək. Bu barədə Trend Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin rəsmi "twitter" səhifəsinə istinadən məlumat verir.

Səfər zamanı nazirin Azərbaycan rəhbərliyi və ölkə rəsmiləri ilə görüşləri gözlənilir.

M.Fellonun səfəri çərçivəsində "Cənub Qaz Dəhlizi" layihəsi üzrə müzakirələr aparılacaq.

Qeyd edək ki, britaniyalı nazirin səfəri iyulun 11-dək davam edəcək.

 

 

DİGƏR Xəbərlər Arxiv