YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmiz Türkiyədə keçiriləcək konfransda təmsil olunacaq

Sentyabrın 19-21-də Türkiyənin İzmir şəhərində XIX Mərkəzi, Şərqi Avropa və Türkiyə regionu: neft emalı və neft-kimya konfransı keçiriləcək. 

Azərbaycan bu tədbirdə təmsil olunacaq.  Konfransda “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov və şirkətin digər nümayəndələrinin iştirakı nəzərdə tutulur.

İki gün davam edəcək konfransda neft emalı və neft-kimya sənayesindəki yeniliklər müzakirə ediləcək. Həmçinin SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim PetroKimya Holding A.Ş.”nin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodunda və “Petkim”də aparılan işlər barədə məlumat veriləcək.