YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Küveytin “Əl-Nahar” qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında məqalə dərc olunub

Küveytin geniş oxucu kütləsinə malik “Əl-Nahar” qəzetində və bu qəzetin elektron səhifəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc olunub.

Azərbaycanın Küveytdəki səfirliyindən bildiriblər ki, jurnalist Samira Frimeçenin müəllifi olduğu məqalədə Mehriban Əliyevanın həyatı, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələrdən söhbət açılır. Müəllif, həmçinin birinci xanım Mehriban Əliyevanın milli-mənəvi irsimizin qorunub saxlanılmasında və dünyada təbliğində rolu, Azərbaycanda və ölkə xaricində nəcib xeyriyyəçilik fəaliyyəti, elmə, təhsilə, səhiyyəyə, idmana və cəmiyyətin inkişafı üçün stimul yaradan digər mühüm sahələrə göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verib.

Bununla yanaşı, məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Küveyt Dövləti Nazirlər Kabineti yanında Qadın Məsələləri Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah tərəfindən Fəxri diplomla təltif edildiyi də vurğulanıb.

 

DİGƏR Xəbərlər Arxiv