YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Konstitusiyaya əlavə və dəyişikliklər zərurətdən irəli gəlir

“Konstitusiyaya əlavə və dəyişikliklər zərurətdən irəli gəlir. Bu dəyişikliklərin çox böyük hissəsi insan hüquq və azadlıqları ilə bağlıdır. Digər tərəfdən, dövlət idarəçilik aparatının təkmilləşdirilməsi üçün Konstitusiyaya dəyişikliklərin zərurəti yarandı. Azərbaycan sosial dövlətdir. Sosial dövlət olduğu üçün sosial ədalət prinsipi əsas prinsiplərdən biridir. Sosial ədalət prinsipinin həyata keçirilməsi üçün çevik idarəçilik sisteminin daha da təkmilləşdirilməsi zərurəti ortaya çıxıb. Həmçinin, insan hüquq və azadlıqlarını məhdudlaşdıran yaş zenzinin aradan qaldırılması vətəndaşlarımızın özlərinin sərbəst seçib-seçilmək hüququnu sərbəst şəkildə həyata keçirməsinə imkan yaradacaq. 18 yaşına çatmış bir insanın istənilən bir məsələyə münasibət bildirməsinə məhdudiyyətin qoyulması tarazlığın pozulmasına gətirib çıxarırdı. Azərbaycanda 5 milyona yaxın seçici var. 3 milyona yaxını 35 yaşa qədər olan vətəndaşlardır. Yəni, 3 milyona yaxın insana digər rəhbər vəzifələrə seçib, seçilmək hüququ veriləcək”. Bu fikirləri Trendə musahibəsində Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov bildirib.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini bildirib ki, bəzi qüvvələr Konstitusiyanı qərəzli şərh edirlər: “Həmin qüvvələrin hüquqşünasları əlavə və dəyişikliklərdə doğru olmayan hər hansı məqamlarla bağlı tutarlı hüquqi fakt ortaya qoya bilməyiblər.

S.Novruzov Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını zəruri hesab edir: “Azərbaycan yerləşdiyi coğrafi məkan bütün dünya ölkələri ilə əlaqə qurulması üçün vacib strateji əhəmiyyətli nöqtədir. Bu baxımdan Azərbaycanın təmsilçiliyi məsələsi çox aktuallaşıb. Keçmişdə 10 ilə görülən işlər indi bir neçə aya, bir neçə günə görülür. Dünya operativ idarəetmə sisteminə keçib. Vitse-prezidentlik institutunun yaradılması cənab Prezidentin həyata keçirdiyi islahatların surətinə uyğunlaşdırılmasıdır.

Vitse-prezidentlik institutu təmsilçilik baxımından yüksək instansiya hesab olunur. İdarəçilik sistemi getdikcə genişlənir. Hər hansı beynəlxalq konfranslarda, tədbirlərdə Azərbaycanın təmsil olunması, bunun hamısını cənab Prezidentin çatdırması çətin məsələdir. Elə tədbirlər var ki, orada Azərbaycanı vitse-prezidentlər təmsil etməlidir, o cümlədən, daxildə olan idarəçilik sistemində operativ idarəçiliyin həyata keçirilməsi üçün bu institut yaradılmalıdır. Yəni, dünyada idarəetmə sistemi daha operativləşdiyindən vitse-prezidentlik institutunun yaradılmasına ehtiyac var. Vitse-prezidentlik institutunun yaradılmasından sonra Azərbaycanın ali icra orqanlarında struktur dəyişiklikləri olacağı gözləniləndir.

Azərbaycanda kimlərin vitse-prezidentliyə şanslı olmasına gəlincə, bu səlahiyyət cənab Prezidentə aiddir. Cənab Prezident kimi məsləhət, layiq biləcəksə, təbii ki, o şəxslər də vitse-prezident kimi fəaliyyət göstərəcək”.

 

DİGƏR Xəbərlər Arxiv