YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan olimpiyaçıları ölkəmizi ləyaqətlə təmsil etdilər

“Azərbaycan olimpiyaçıları bütün beynəlxalq yarışlardakı kimi Rio-de-Janeyroda start götürən XXXI Yay Olimpiya Oyunlarında da ölkəmizi ləyaqətlə təmsil etdilər”. Bu fikirləri yapşorgşaz saytına  Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva vurğulayıb ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir: “Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasında və idmanın ətrafında böyük gənclik ordusunun cəmləşməsində göstərir. Ulu öndər Heydər Əliyev idman siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi idmanın inkişaf etdirilməsi və həyat tərzinə çevrilməsi üçün genişmiqyaslı işlər həyata keçirib və bu proses hazırda uğurla davam etməkdədir. Dövlət idmana və idmançılara elə şərait yaradıb ki, Azərbaycan idmançıları qələbələri bir-birinin ardınca sıralayaraq ölkəmizin nüfuzunu daha da artırırlar. Məhz, “Rio-2016” Olimpiadası da bu baxımdan istisna olmadı”.

Deputat bildirib ki, müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi, Londonda 10 medal qazanmaqla o dövr üçün rekorda imza atmış idmançılarımız “Rio-2016”da da bayrağımızı yüksəldərək, himnimizi səsləndirərək 18 medal qazandılar: “On altı günlük gərgin idman mübarizəsindən sonra aktivində bir qızıl, yeddi gümüş və on bürünc medal olan yığma komandamız ümumilikdə 18 medal qazandı və bu göstərici ilə Olimpiadanı 39-cu sırada başa vurdu. Məhz, bu, ən güclü dövlətlər arasında mübarizə aparan Azərbaycanda yeni və sağlam gənc idmançılar nəslinin formalaşmasının təzahürüdür. Elə bu faktor da əmin edir ki, ölkəmizi təmsil edən idmançılarımız bundan sonra da bayrağımızı yüksəldəcək, himnimizi səsləndirəcəklər”.