YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Hüseynzadə: “Rio-2016” Yay Olimpiya Oyunlarında qazanılan nəticələr heç də gözlənilməz deyil

Avqustun 26-da Milli Olimpiya Komitəsinin inzibati binasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının yekunu ilə bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək idmançılarımızın Olimpiya Oyunlarından Vətənə böyük qələbə ilə qayıtdıqlarını bildirib.

Ç.Hüseynzadə deyib ki, Olimpiya yığmamızın 18 medal qazanması Azərbaycanın 207 ölkə arasında 39-cu olmasına, medal sayına görə isə 207 iştirakçı və 87 mükafatçı dövlət arasında ilk onbeşlikdə yer tutmasına gətirib çıxarıb. Bu nəticəyə görə respublikamız İslam, türk və Qafqaz ölkələri arasında lider olub. Həmçinin idmançı sayının qazanılan medallara nisbətinə görə Azərbaycan Olimpiadada sıralamada ön cərgələrdə qərarlaşıb. Bir sözlə, Azərbaycanın Olimpiya millisi idmançı payına düşən medal sayına görə ən nəticəli komanda hesab edilib.

İdmançılarımızın uğurlarından danışan MOK-un vitse-prezidenti qeyd edib ki, qazanılan nəticələr heç də gözlənilməz deyil. “Rio-2016”da Azərbaycan bayrağının 18 dəfə dalğalandırılması müstəqil ölkəmizin təbliğatı baxımından da mühüm hadisə idi.