YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransanın Kann şəhərində keçirilən “Azərbaycan cazı” gecəsində iştirak etmişdir

İyulun 8-də Fransanın Kann şəhərində Azərbaycan günləri başlamışdır.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və iyulun 31-dək davam edəcək Azərbaycan günləri “Azərbaycan cazı” konsert proqramı ilə başlamışdır.

Gecədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir. Konsertdə Azərbaycan cazının tarixini və müasir improvizasiyalarını əks etdirən kompozisiyalar təqdim olunmuşdur.

Konsert proqramında Azərbaycan cazının müxtəlif çalarları, həmçinin muğam-caz tamaşaçılara xoş anlar yaşatmışdır.

Gecədə iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycanın tarixini, milli və modern musiqi ənənələrini əks etdirən kitablar təqdim olunmuşdur.

Azərbaycan günləri çərçivəsində tamaşaçılar ölkəmizi müxtəlif aspektlərdə - tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə birlikdə görmək imkanı əldə edəcəklər.

Bu tədbirlər çərçivəsində Azərbaycan bayraqları və banerləri ilə bəzədilən Kann şəhəri yerli sakinlər və qonaqlara ölkəmizlə yaxından tanışlıq imkanı yaratmışdır.

Qeyd edək ki, Bakıda 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarının ölkədən kənarda təqdimatı ilə əlaqədar iyulun 9-da Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq təşkil olunacaqdır. Həmçinin Avropa Oyunlarının təqdimatı ilə bağlı burada qaçış üzrə marafon keçiriləcəkdir. Marafonun qalibinə Heydər Əliyev Fondu tərəfindən qiymətli hədiyyələr veriləcəkdir.

DİGƏR Xəbərlər Arxiv