YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Əhmədov: Ölkəmizdə sənaye məhəllərinin və zonalarının yaradılması sahibkarlığın inkişafı baxımından çox əhəmiyyətlidir

«Ölkəmizdə sənaye məhəllərinin və zonalarının yaradılması sahibkarlığın inkişafı baxımından çox əhəmiyyətlidir». Bu fikri Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, xüsusi iqtisadi zonaların yaradılması qeyri-neft sektorunun inkişafı üçün də önəmlidir. Onun sözlərinə görə, belə zonaların  yaradılması iqtisadiyyatımızda mühüm rol oynaya bilər.

«Xüsusi iqtisadi zonalar dünya ölkələrinin təcrübəsində də çoxdur. Bir sıra ölkələrdə belə zonalar iqtisadiyyatın mühüm hissəsini təşkil edir. Bu baxımdan Azərbaycan da böyük potensiala malik olan ölkədir»- deyə, deputat vurğulayıb.