YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacı Əliyev: Rio-2016”da qazandığımız uğur ölkəmizdə idmana göstərilən qayğının bəhrəsidir

Mən və komanda yoldaşlarım əlimizdən gələni etdik. Sevinirəm ki, əvvəlki Olimpiya Oyunları ilə müqayisədə daha çox medal qazandıq. Bu 18 medal ölkəmizdə idmana və idmançılara göstərilən hərtərəfli qayğının bəhrəsidir.

Bu sözləri “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı - Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.

Fərdi çıxışı barədə danışan güləşçimiz çəki atmağın onun üçün problem yaratdığını bildirib: “Görüşlər çətin keçdi. Mən 61 kiloqram çəki dərəcəsində güləşirəm. Amma Rioda 4 kiloqram aşağı çəkidə güləşməli oldum. İlk dəfə idi bu qədər çəki salırdım. Gürcüstanlı idmançıya qalib gələ bilərdim, amma səhvim ucbatından uduzdum. Çox da heyifsilənmirəm. Çünki Olimpiya Oyunlarının hər bir medalı qiymətlidir”.

Xatırladaq ki, Hacı Əliyev “Rio-2016”da ilk görüşündə cənubi koreyalı Junsik Yunu məğlub edib. Dörddəbir finalda gürcüstanlı Vladimir Xinceqaşviliyə uduzan azərbaycanlı pəhləvan bürünc medal uğrunda mübarizədə qazaxıstanlı Nurislam Sanayevə və bolqarıstanlı Vladimir Dubova qalib gəlib.