YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının əsas göstəricilərindən biridir

«Regionların sosial-iqtisadi inkişafı proqramları və qeyri-neft sektorunun inkişafına dair layihələr öz bəhrəsini verməkdədir». Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov  deyib.

A.Badamov bildirib ki, bu gün Azərbaycanda əsas məsələlərdən biri xarici ölkələrdə Azərbaycan malları üçün uyğun bazarlar tapmaqdır. Yəni biz artıq idxaldan asılı dövlət deyilik, özümüzü lazım olan ərzaq və qeyri-ərzaq məhsulları ilə kifayət qədər təmin edə bilirik.

«Qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının əsas göstəricilərindən biridir. Eyni zamanda, Azərbaycan beynəlxalq investorlar üçün cəlbedici ölkələrdən biridir. Bu da onu göstərir ki, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik var, iqtisadi dayanıqlılıq var və ölkənin hüquq sistemi, aparılan siyasət beynəlxalq biznesin Azərbaycanda genişlənməsinə uyğun şəraiti yaradır. Qeyri-neft sektoru, xüsusən kənd təsərrüfatı, turizm, İKT sahəsində əldə edilən nailiyyətlər növbəti illərdə də davam edəcək və ölkə əhalisinin sosial rifahının yüksəlməsinə səbəb olacaq»- deyə, A.Badamov qeyd edib.